İspaniyanın "Atletik" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, La Liqa təmsilçisi "Torino"dan Aleks Berenqeri heyətinə qatıb.
 
Bu barədə Bilbao klubunun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
 
"Osasuna"nın yetirməsi olan Berenqer 2017-ci ildən "Torino"da çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest