İtaliyanın "Cenoa" klubunun üç futbolçusu koronavirusdan sağalıb.
Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Cenoa"da Mattia Perin, Federiko Marketti və İvan Radovanoviç koronavirusa qalib gəlib.
Hər üç futbolçunun yaxın zamanda məşqlərə başlayacağı bildirilib.