İtaliya millisinin futbolçusu Stefan El Şaaravi koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Roberto Mançini məlumat verib.

O bildirib ki, testin nəticəsi müsbət cavab verən oyunçu hazırda özünü yaxşı hiss edir. Təcrübəli mütəxəssis 27 yaşlı futbolçunun yığmanın düşərgəsini tərk etdiyini də vurğulayıb.

Qeyd edək ki, İtaliya UEFA Millətlər Liqasının 4-cü turunda bu gün Niderlandla qarşılaşacaq. Görüş saat 22:45-də start götürəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest