"İnter" mövsümün sonunda baş məşqçisi Luçano Spalletti ilə yollarını ayıra bilər. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, İtaliya klubu onun fəaliyyətindən razı deyil.

Xüsusən də, Çempionlar Liqasında 1/8 finala vəsiqə qazanmamaq təcrübəli mütəxəssisin postunu laxladıb. "Neradzurra" bu yerə namizədlərini də artıq müəyyənləşdirib. Hazırda ilk namizəd "Çelsi"dən ayrıldıqdan sonra işsiz olan Antonio Kontedi. Əgər onunla danışıqlar müsbət nəticələnməsə, "Atletiko"nun baş məşqçisi Dieqo Simeone və "Mançester Yunayted"in çalışdırıcısı Joze Mourinyo ilə təmas qurulacaq.

Qeyd edək ki, ötən il "İnter"in "sükanı arxası"na keçən Luçano Spallettinin klubla müqavilə müddəti 2021-ci ilə qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest