"Mənim üçün əhəmiyyətli gün idi. Bu, mənim bərpa prosesimin sonu idi. Meydana çıxa bildiyim üçün çox sevinirəm".

"Zədələndiyim ilk günü xatırlayıram. Bu müddətdə mənə kömək edən bir çox insan tanıdım. Onları tanıdığım üçün də qürur duyuram". Matç.az saytının məlumatına görə, bunu "Arsenal"ın kapitanı Loren Koselni deyib.

London klubu Avropa Liqasının qrup mərhələsinin son turunda öz meydanında "Qarabağ" üzərində 1:0 hesablı qələbə qazanıb.

Uzun müddət zədədən əziyyət çəkən Koselni 225 gündən sonra ilk rəsmi oyununa çıxıb. O, dönüşü barədə bunları deyib: "Mənim üçün əhəmiyyətli gün idi. Bu, mənim bərpa prosesimin sonu idi. Meydana çıxa bildiyim üçün çox sevinirəm. Oyunda özümü yaxşı hiss etdim. Hesab edirəm ki, dönüşüm uğurlu alındı. Sevinmək üçün çox əsasım var: qalib gəldik, uzunmüddətli zədədən qayıtdım. Mənim üçün mövsüm yeni başlayır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest