"Komandamız bəlkə də ən yaxşı oyununu göstərmədi. Lakin nəticə önəmli idi. Oyunçuların uyğunlaşması üçün çalışdıq. Onlar meydanda yaxşı iş gördülər"

İsrailin "Makkabi" (Təl-Əviv) klubunun məşqçisi Makis Anqrlinas Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları deyib:
 
"Qarabağ"ın ciddi komanda olduğunu bilirdik. Kompakt, taktiki cəhətdən düzgün oynamalı və əldə etdiyimiz imkanlardan yararlanmalı idik. Komandamız bəlkə də ən yaxşı oyununu göstərmədi. Lakin nəticə önəmli idi. Oyunçuların uyğunlaşması üçün çalışdıq. Onlar meydanda yaxşı iş gördülər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest