Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
 
Turun açılış matçında “Qəbələ” “Səbail”i qəbul edib. İnqilab Məmmədovun idarə etdiyi görüşdə eyni xala malik autsayderlər sonuncu olmamaq üçün mübarizə aparıblar. Amma tərəflər sonda hərəyə 1 qol və 1 xalla ayrılıblar.
 
Günün digər matçında isə “Keşlə” “Neftçi”ni qəbul edib. Rəşad Əhmədova tapşırılan paytaxt derbisində hər iki komanda liderliyə yüksəlmək üçün mübarizə aparıb. Qonaqlar bu görüşdə minimal hesabla üstün olublar.
 
Turun qalan oyunları sabah keçiriləcək.
 
Azərbaycan Premyer Liqası
VII tur
24 oktyabr
 
"Qəbələ" - "Səbail" 1:1
Qol: Y.Qoxa, 4 - H.Ekşteyn, 26.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Vüqar Həsənli.
Qəbələ şəhər stadionu.
 
Qəbələ: 1. Anar Nəzirov (k), 28. Murad Musayev, 99. Ceyms Adeniyi, 77. Merab Giqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 22. Rodriqo Qattas, 26. Stefan Vukçeviç, 71. Rüfət Əhmədov.
Baş məşqçi: Elmar Baxşıyev.
Səbail: 96. Nikolas Hagen, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 34. Ürfan Abbasov, 11. Rauf Əliyev, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 3. Turan Manafov, 99. Bahadur Həziyev.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 7. Mirsahib Abbasov, 28. Məqsəd İsayev, 19. Elgün Nəbiyev, 22. Əfran İsmayılov, 29. Amil Yunanov, 20. Ruslan Hacıyev, 2. Arsen Ağcabəyov.
Baş məşqçi: Aftandil Hacıyev.
 
"Keşlə" - "Neftçi" 0:1
Qol: N.Ələsgərov, 68.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Cavanşir Yusifov, Rövşən Rəcəbov.
Bakı. “ASK Arena”.  
 
Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 25. Con Kamara, 48. Dmitro Klots, 11. Silvio Rodriqes, 23. Artur Batista, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 6. Rəşad Sadiqov, 8. Tural Axundov, 20. Rail Məlikov, 10. Sezar Meza Kolli, 16. Alvaro Tavares, 14. Turan Vəlizadə, 13. Pərviz Azadov.
Baş məşqçi: Yunis Hüseynov.
Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 6. Voyislav Stankoviç, 91. Tallison Dias, 29. Sabir Buqrin, 17. Bruno Teluşi, 24. Yusuf Laval, 26. Ömər Buludov, 20. Mert Çelik.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 10. Saman Nərimancahan, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 40. Vüqar Həsənov, 45. Əli Mürsəlov, 37. Vüsal Əsgərov.
Baş məşqçi: Füzuli Məmmədov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest