Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, sonuncun oyun günündə də iki qarşılaşma baş tutub. Bu iki görüşlə həm də çempionatın birinci dövrəsinə yekun vurulub.
 
Hər iki matç Bakıda baş tutub. Günün ilk görüşündə “Sabah” “Sumqayıt”la üz-üzə gəlib. Masazırdakı görüşdə qapılara üç qol vurulub. Yekunda çətin qələbəyə sevinən Sumqayıt təmsilçisi həm də liderliyi ələ keçirib.
 
Turun qapanış matçında isə son çempion “Qarabağ” səfərdə “Zirə” ilə üz-üzə gəlib. Bu oyunda isə qapılara qol vurulmayıb.
 
İlk oyun günündə “Neftçi” “Keşlə”ni səfərdə 1:0 hesabıyla məğlub edib, “Qəbələ” - “Səbail” matçında qalib müəyyənləşməyib - 1:1.
 
Azərbaycan Premyer Liqası
VII tur
25 oktyabr
 
“Sabah” – “Sumqayıt” 1:2
Qol: C.İmamverdiyev, 64-öz qapısına - Ə.Qurbani, 27. S.Abdullazadə, 90+5.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev.
Masazır. “Bank Respublika Arena”.
 
Sabah: 1. Saşa Stamenkoviç (k), 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 13. Filip İvanoviç, 30. Mario Marina, 10. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriqes, 5. Nikola Vuyadinoviç, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev, 77. Veysəl Rzayev.
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 8. Elşən Abdullayev, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 46. Aleksey İsayev, 23. Amadu Diallo, 3. Ulise Diallo, 60. Abbas Ağazadə, 29. Ceyhun Nuriyev.
Baş məşqçi: Visente Qomes.
Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 21. Adəm Həmati, 17. Murad Xaçayev.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 22. Cavid İmamverdiyev, 4. Kərəm Sultanov, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.
 
“Zirə” – “Qarabağ” 0:0
Qırmızı vərəqə: R.Məmmədov, 68 (ikinci sarı).
Hakimlər: Rəvan Həmzəzadə, Zeynal Zeynalov, Cəmil Quliyev, Əliyar Ağayev.
Zirə İdman Kompleksinin stadionu.
 
Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 32. Qismət Alıyev, 9. Davit Volkov, 11. Klesio Bauk, 44. Dmitrios Çantakias, 7. Tural Bayramlı, 21. Hacıağa Hacılı, 77. Cəlal Hüseynov.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 12. Lazar Corceviç, 20. Əli Şirinov, 6. Ayxan Süleymanlı.
Baş məşqçi: Rəşad Sadıqov.
Qarabağ: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 81. Kevin Medina, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 11. Mahir Emreli, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 77. Donald Gerye, 27. Toral Bayramov, 22. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest