Lakin Qara və Mədətov turnirdəki yeganə Azərbaycan təmsilçisi "Qarabağ"ın ən yaxşı 3 futbolçusu siyahısından kənardadı. Abdullah Zubir 2058, Donald Gerye 1327, Miçel 1184 xala malikdi.

Avropa Liqasının qrup mərhələsinin VI turundan sonra turnirdə çıxış edən futbolçuların fərdi reytinqi açıqlanıb. Matç.az saytı xəbər verir ki, siyahıda ən yaxşı Azərbaycan futbolçusu Qara Qarayevdi.

ümumi siyahıda 558-ci yerdə qalan "Qarabağ"ın futbolçusu 1151 xala malikdi. "Astana"dakı təmsilçimiz Riçard Almeyda geriləyib. 821 xala malik yarımmüdafiəçi 658-ci yerdədi. ölkəmizin 3-cü oyunçusu isə Mahir Mədətovdu. O, 453 xalla 785-cidi.

Lakin Qara və Mədətov turnirdəki yeganə Azərbaycan təmsilçisi "Qarabağ"ın ən yaxşı 3 futbolçusu siyahısından kənardadı. Abdullah Zubir 2058, Donald Gerye 1327, Miçel 1184 xala malikdi.

Cədvələ isə Almaniya "Ayntraxt"ının oyunçusu Sebastyan Haller başçılıq edir. Onun hesabında 7549 xal var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest