"Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, çüllü, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"
 
Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Tvitter" hesabında paylaşım edib.
 
Yeri gəlmişkən, Azərbaycan Prezidenti ermənilərin Bərdəyə dünən və bu gün baş tutan çirkin hücumlarına da münasibət bildirib:
 
"Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest