UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
 
Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu ada İtaliya "Atalanta"sında Duvan Sapata, İngiltərə "Mançester Yunayted"indən Markus Reşford, Fransa PSJ-sindən Moyze Kin və İspaniya "Atletiko"sundan Joao Feliks iddia edir.
 
Reşford qrup mərhələsinin ikinci turunda Almaniya “Leyptsiq”inə 5:0 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Moyze Kin İstanbulda "Başakşehir"i 2:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubla imza atıb. Feliks Avstriya "Zalsburq"unu 3:2 üstələdikləri matçda iki qol vurub, Sapata isə İtaliyada Niderland "Ayaks"ı ilə oyunda dubl edib.
 
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçiriləcək səsvermədən sonra bəlli olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest