26 Noyabr 2026, 00:24
FUTBOL
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda keçirilən “Sabah” – “Barselona” görüşünün ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA bu ada İspaniya klubunun ingiltərəli futbolçusu Entoni Qordonu layiq görüb.
Qordon Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada 2 qol vurub.
Qeyd edək ki, görüş “Barselona”nın 4:1 hesablı qələbəsi ilə başa çatıb.













