15 Dekabr 2018, 01:53
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 _1544838855.jpg) 
 
2018-ci ilin ən yaxşı futbolçusu Luka Modriç karyerasını İtaliyada davam etdirə bilər. Matç.az saytı xəbər verir ki, "Qızıl top"un sahibi olan xorvatiyalı yarımmüdafiəçinin İspaniya "Real"ını İtaliya "İnter"inə dəyişmək variantı mövcuddu.
Bu, Milan təmsilçisinin baş meneceri Cüzeppe Marottanın istəyidi. O, transfer pəncərəsində məhz əsas prioritet kimi Modriçi komandasına gətirməyi hesab edir.
Qeyd edək ki, Luka 2012-ci ildən "Real"ın formasını geyinir.

 
             
 















