15 Dekabr 2018, 18:56
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				  
Futzal üzrə Yüksək Liqada çıxış edən klubların rəhbərləri ilə görüş keçirilib. Matç.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, tədbir qurumun Bakı İdman Sarayındakı iclas zalında baş tutub.
Görüşdə ilk iki dövrə ilə bağlı məsələlər müzakirə edilib. Həmçinin qış fasiləsi, eləcə də play-off mərhələsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, üçüncü dövrədən etibarən Yüksək Liqanın oyunları həftənin çərşənbə günü deyil, cümə günü keçirilsin.

 
             
 















