"Spartak" rəhbərliyi üzümüzə gələn həftə baş məşqçi Oleq Kononovla transfer məsələsini müzakirə edəcək. Moskvalıların ilk hədəfi isə öz yetirmələri olan Quliyevi qaytarmaqdı.

"Rostov"un formasını geyinən azərbaycanlı futbolçu Ayaz Quliyev tezliklə klubunu dəyişə bilər. Matç.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, gənc yarımmüdafiəçinin Moskva "Spartak"ına dönüşü gözlənilir.

"Spartak" rəhbərliyi üzümüzə gələn həftə baş məşqçi Oleq Kononovla transfer məsələsini müzakirə edəcək. Moskvalıların ilk hədəfi isə öz yetirmələri olan Quliyevi qaytarmaqdı. Kononovun da fikri öyrənildikdən sonra qarşı tərəflə danışıqlara start veriləcək. Bu mövsüm Premyer Liqada 14 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə verən və oyunu ilə bir çox klubun diqqətini çəkən Ayazı "Rostov" ucuz qiymətə göndərmək fikrində deyil.

Qeyd edək ki, Ayaz Quliyev "Rostov"a mövsümün əvvəlində məhz "Spartak"dan keçib və klubu ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest