17 Dekabr 2018, 09:00
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				  
 
"Barselona"nın futbolçusu Lionel Messi il ərzində vurduğu qolların sayını 50-yə çatdırıb. Matç.az saytı xəbər verir ki, argentinalı hücumçu bunu Primeranın "Levante" ilə görüşündə rəsmiləşdirib.
5:0 hesablı qələbəyə het-triklə töhfə verən Messinin sonuncu qolu 2018-ci ildə 50-ci olub. O, bu il yüzü yarılayan ilk futbolçudu.
Lionel qollardan 14-nü cari mövsüm Primerada vurub.
Qeyd edək ki, Messi 2003-cü ildən çıxış etdiyi "Barselona"da keçirdiyi 656 oyunda 572 qol vurub.

 
             
 















