Futbol üzrə Ekvador yığmasının üç futbolçusunda koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Ekvador Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə Enner Valensiya, Alan Franko və Dieqo Palasiosdan götürülmüş COVİD-19 testlərinin pozitiv nəticə verdiyi diqqətə çatdırılıb. Onların hamısı Boliviya ilə oyunda iştirak ediblər.
 
Xatırladaq ki, Enner Valensiyanın koronavirusa yoluxduğu onun formasını geyindiyi Türkiyənin "Fənərbaxça" klubu da açıqlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest