Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sonuncu oyununa çıxıb. Matc.az xəbər verir ki, Canni de Byazinin baş məşqçisi olduğu yığmamız Lüksemburqda meydan sahibləri ilə görüşüb.

C liqasının 1-ci qrupunun son turunun qarşılaşması hər iki komandanın taleyinə aydınlıq gətirəcəkdi. Lüksemburq qrup qalibi kimi B liqasına yüksəlmək uğrunda mübarizə aparırdısa, millimiz sonuncu yerlə C liqasında qalmaq uğrunda pley-offa düşməmək üçün çalışırdı.

Bu komandalar arasında Bakıda keçirilən görüşdə Lüksemburq millisi 2:1 hesablı qələbə qazanmışdı. Bu oyunda isə qapılara qol vurulmayıb.

Qrupun digər matçında lider Monteneqro Kipri qəbul edib və 4 cavabsız qolla qalib gəlib. Bu nəticələrdən sonra Azərbaycan yığması C Liqasının 1-ci qrupunda 6 xalla 3-cü yeri tutub. Monteneqro birinci, Kipr sonuncu olub.

UEFA Millətlər Liqası
C liqası, 1-ci qrup

17 noyabr

Lüksemburq – Azərbaycan 0:0
Matçın 45+2-ci dəqiqədə D.Sinani penaltidən yararlana bilməyib (qapıçı)
Baş hakim: Feliks Zvayer (Almaniya).
Lüksemburq. Joze Bartel stadionu.

Lüksemburq: 12. Ralf Şon, 3. Enes Mahmutoviç, 7. Lars Jerson, 9. Danel Sinani, 11. Vensan Till, 16. Leandro Barreyro, 17. Mikael Pinto, 18. Loran Yans (k), 19. Aldin Skenderoviç, 20. Edvin Muratoviç, 21. Moris Devil.
Ehtiyat oyunçular: 23. Tim Kips, 2. Seid Koraç, 4. Matias Olesen, 6. Florian Bonert, 8. Timote Ropel, 14. Stefano Bensi, 15. Sebastyen Till, 22. Marvin Martins.
Baş məşqçi: Lyuk Holts.
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 3. Azər Salahlı, 7. Tellur Mütəllimov, 9. Ramil Şeydayev, 10. Mahir Emreli, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 20. İsmayıl İbrahimli, 21. Amin Seydiyev.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 4. Şəhriyar Əliyev, 6. Vüqar Mustafayev, 8. Coşqun Diniyev, 11. Musa Qurbanlı, 13. Mert Çelik, 16. Elvin Camalov, 17. Vüsal İsgəndərli, 19. Rəhim Sadıxov, 22. Xəyal Nəcəfov.
Baş məşqçi: Canni De Byazi.

Monteneqro – Kipr 4:0
Qol: Yovetiç, 14. Bolyeviç, 25; 28. Muqoşa, 60.

 

TURNİR CƏDVƏLİ

1

Monteneqro

6

4

1

1

10-2

13

2

Lüksemburq

6

3

1

2

7-5

10

3

Azərbaycan

6

1

3

2

2-4

6

4

Kipr

6

1

1

4

2-10

4

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest