Bu gün futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.

Matc.az xəbər verir ki, 6-cı turun son oyun günündə A, B və C Liqalarında ümumilikdə 18 qarşılaşma baş tutub.

A Liqasının 1-ci qrupunda İtaliya millisi Bosniya və Herseqovinanın, Niderland yığması isə Polşanın qonağı olub. Bosniya və herseqovinalılardan başqa, digər 3 komandanın pley-off şansı davam edirdi. Hər iki oyunda qonaqlar sevinən tərəf olublar.

2-ci qrupda Belçika və Danimarka lideri müəyyənləşdirmək üçün mübarizə aparıb. Bolqollu matçda belçikalılar seviniblər. Digər matçda İngiltərə millisi İslandiyanı sınağa çəkib və darmadağına sevinib.

B Liqasında 1-ci qrupunda lider Avstriya ikinci pillədə qərarlaşan Norveç seçməsini qəbul edib. Bu qarşılaşma qrupun qalibini müəyyənləşdirəcəkdi. Görüş heç-heçə bitib və sevinən tərəf avstriyalılar olub. 2-ci qrupda pley-offa çıxmağa iddialılardan Şotlandiya səfərdə İsrail, çexiya isə evdə Slovakiya ilə üz-üzə gəlib. çexiya və İsrail yığmaları günü qalib kimi başa vurub. Nəticədə çexlər qrup qalibi olublar.

3-cü qrupda da bütün suallara son turda aydınlıq gəlib. 6 xalla 3-cü pillədə qərarlaşan Türkiyə millisi qrupdan çıxmaq üçün səfərdə Macarıstanı udmalı və Rusiyanın Serbiya ilə matçda xal itirməsini gözləməliydi. Lakin ruslar uduzsa da, türklər özləri də məğlubiyyətə üzülüblər və qrup sonuncusu olublar.

B Liqasının 4-cü qrupunda əsas diqqətlər Uels – Finlandiya görüşünə yönəlmişdi. 13 xalla zirvədə yer alan britaniyalılar özlərindən 1 xal az toplayan rəqibi ilə qarşılaşmada mövqeyini qorumağı hədəfləmişdi. Hər şey məhz Uelsin xeyrinə bitib.

D Liqasının 3-cü qrupunda Yunanıstan və Sloveniya yığmaları pley-offa vəsiqənin taleyini öz aralarındakı oyunda həll ediblər. Matç qolsuz bitdiyindən Sloveniya yığması qrup qalibi olub. 4-cü qrupda isə Albaniya – Belarus matçı həlledici olub. Bu görüşdə də albanlar sevinən tərəf olub.

UEFA Millətlər Liqası
Qrup mərhələsi

18 noyabr

A Liqası, 1-ci qrup

Bosniya və Herseqovina – İtaliya 0:2
Qol: Belotti, 22. Berardi, 68.

Polşa – Niderland 1:2
Qol: Jozvyak, 6 – Depay, 77-pen. Veynaldum, 84.

İtaliya – 12, Niderland – 11, Polşa – 7, Bosniya və Herseqovina – 2.

A Liqası, 2-ci qrup

İngiltərə – İslandiya 4:0
Qol: Rays, 20. Mount, 24. Foden, 80; 84.

Belçika – Danimarka 4:2
Qol
: Tilemans, 3. Lukaku, 57; 69. De Breyne, 87 – Vind, 17. Şadli, 86-öz qapısına.

Belçika – 15, Danimarka – 10, İngiltərə – 10, İslandiya – 0.

B Liqası, 1-ci qrup

Şimali irlandiya – Rumıniya 1:1
Qol: Boyse, 56 – Bikfalvi, 81.

Avstriya – Norveç 1:1
Qol: Qrbiç, 90+4 – Zahid, 61.

Avstriya – 13, Norveç – 10, Rumıniya – 5, Şimali İrlandiya – 2.

B Liqası, 2-ci qrup

İsrail – Şotlandiya 1:0
Qol: Solomon, 44.

çexiya – Slovakiya 2:0
Qol: Souçek, 17. Ondraşek, 55.

çexiya – 12, Şotlandiya – 10, İsrail – 8, Slovakiya – 4.

B Liqası, 3-cü qrup

Serbiya – Rusiya 5:0
Qol: Radonyiç, 10. Yoviç, 25; 45+1. Vlahoviç, 41. Mladenoviç, 64.

Macarıstan – Türkiyə 2:0
Qol: Siger, 57. Varqa, 90+5.

Macarıstan – 11, Rusiya – 8, Serbiya – 6, Türkiyə – 6.

B Liqası, 4-cü qrup

İrlandiya – Bolqarıstan 0:0

Uels – Finlandiya 3:1
Qol: Uilson, 29. Ceyms, 46. Mur, 84 – Pukki, 63.

Uels – 16, Finaldniya – 12, İrlandiya – 3, Bolqarıstan – 2.

C Liqası, 2-ci qrup

Ermənistan – Şimali Makedoniya 1:0
Qol
: Hambardzumyan, 55.

Gürcüstan – Estoniya 0:0

Ermənistan – 11, Şimali Makedoniya – 9, Gürcüstan – 7, Estoniya – 3.

C Liqası, 3-cü qrup

Kosovo – Moldovo 1:0
Qol: Kastrati, 31.

Yunanıstan- Sloveniya 0:0

Sloveniya – 13, Yunanıstan – 12, Kosovo – 2, Moldova – 1.

C Liqası, 4-cü qrup

Qazaxıstan – Litva 1:2
Qol: Aymbetov, 38 – Vorobyovas, 40. Novikovas, 90+4.

Albaniya – Belarus 3:2
Qol: çikalleşi, 20; 27-pen. Manaj, 44 – Skaviş, 35. Ebonq, 80.

Albaniya – 11, Belarus – 10, Litva – 8, Qazaxıstan – 4.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest