"Hər şeydən əvvəl biz azarkeşlər üçün oynayırıq. Bir futbolçu olaraq azarkeşlərin məni xoş tanıması çox vacibdir.

Ukraynanın "Aleksandriya" klubunda yeni layihəyə – "Oyundan kənar"a start verilib.
 
Matc.az xəbər verir ki, layihənin ilk qonağı Azərbaycan milli komandasının da üzvü olan Pavel Paşayev olub.
 
2017-ci ildən Ukrayna klubunda çıxış edən müdafiəçi "Oyundan kənar"da bunları deyib:
 
"Hər şeydən əvvəl biz azarkeşlər üçün oynayırıq. Bir futbolçu olaraq azarkeşlərin məni xoş tanıması çox vacibdir. 
 
Uşaqlıqda futbolla yanaşı, cüdo ilə də məşğul olmuşam. Qaldığımız ərazinin yanında idman zalı var idi. Bütün gün uşaqlarla Jan-Klod Van Dammın filmlərinə baxır, döyüş sənətlərini öyrənmək istəyirdik. Elə oldu ki, mən də getdim cüdoya yazıldım. Bu idmanda xüsusi uğurum yoxdur. Sadəcə, evdə oturmamaq üçün cüdoya gedirdim və paralel olaraq da futbolla məşğul olurdum".
 
Pavel Paşayev Azərbaycan yığmasında 13 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest