Futbol üzrə Türkiyə Super Liqasında 9-cu turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor” da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə “Fatih Karagümrük”lə qarşılaşıb. Sivaslılar bu görüşdən heç-heçə ilə ayrılıblar – 1:1.
 
“Sivasspor” bu mövsüm qazandığı 9 xalla 21 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
 
Qeyd edək ki, “Qarabağ” İ qrupunda birgə qərarlaşdığı “Sivasspor”la ilk oyununu noyabrın 5-də səfərdə keçirib və 0:2 hesabıyla məğlub olub, digər matç isə noyabrın 26-da İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest