Futbol üzrə Türkiyə Super Liqasında 9-cu tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.
 
"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Sivasspor" bu turda "Fatih Karagümrük"lə qarşılaşıb və heç-heçəyə razılaşıb. 
 
"Fənərbaxça" "Gənclərbirliyi" ilə səfər oyununda darmadağına sevinib. "Qaziantep" də səfərdə "Dənizlispor"dan üstün olub.
 
Turun mərkəzi görüşü İstanbulda keçirilib. "Beşiktaş" doğma meydanda son çempion "Başakşəhər"i məğlub edib. 
 
Türkiyə Super Liqası
9-cu tur
21 noyabr
 
Fatih Karagümrük – Sivasspor 1:1
Qol: Sabo, 86 – Liçay, 44-öz qapısına.
 
Dənizlispor – Qaziantep 0:1
Qol: K.özer, 26.
 
Gənclərbirliyi – Fənərbaxça 1:5
Qol: Anxelo, 31 – M.Yandaş, 14. Perotti, 38-pen; 69. Sosa, 47. O.Tufan, 72.
 
Beşiktaş – Başakşəhər 3:2
Qol: Hatçinson, 44. Larin, 45+1. Abubakar, 72 – Qulbrandsen, 81; 90+4.
 
22 noyabr
 
14:30 Hatayspor – Rizəspor
17:00 Göztəpə – Ankaragücü
17:00 Konyaspor – Kasımpaşa
20:00 Antalyaspor – Alanyaspor
20:00 Trabzonspor – Ərzurumspor
 
23 noyabr
 
20:30 Qalatasaray – Kayserispor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest