18 Dekabr 2018, 12:05
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				 _1545134902.jpg) 
 
Avropa Liqasının qrup mərhələsində uğursuz çıxış edən "Anderlext" baş məşqçisini istefaya göndərib. Matç.az xəbər verir ki, Belçika təmsilçisi Heyn Vanhazebruku cari mövsümdəki uğursuz nəticələrə görə postundan qovub.
Qarşıdaki iki oyunda, yeni baş məşqçi müəyyənləşənədək komandaya Kərim Belhosin rəhbərlik edəcək.
Baş məşqçinin istefasına bütün turnirlərdəki uğursuzluq səbəb olub. Avropa Liqasında qrup sonuncusu olan Brüssel klubu ölkə kuboku ilə də vidalaşıb, çempionatda isə 4-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, 2017-ci ilin oktyabrından "Anderlext"ə rəhbərlik edən mütəxəssis ötən mövsümdə də yalnız bürünc mükafatla kifayətlənmişdi.

 
             
 















