İtaliya A Seriyasının 8-ci turunun "Napoli" ilə matçında zədələnən "Milan"ın futbolçusu Zlatan İbrahimoviçin durumuna aydınlıq gəlib.
 
Matc.az xəbər verir ki, bu barədə "qırmızı-qaralar"ın mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə sol dizindən zədə alan İbrahimoviçin ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı diqqətə çatdırılıb.
 
"Napoli" – "Milan" matçı 1:3 hesabıyla bitib və isveçli hücumçu həmin görüşdə dubla imza atıb.
 
İbrahimoviç bu mövsüm A Seriyasında 10 qolla bombardirdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest