Türkiyənin "Göztəpə" klubu yarımmüdafiəçisi Andre Poko ilə müqaviləyə xitam verib.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
27 yaşlı yarımmüdafiəçinin qovulmasına dəvət aldığı Qabon yığmasının heyətindən qayıtmaması səbəb olub. Hazırda ölkəsində olan Poko millinin matçlarından sonra Türkiyəyə dönməyib və bu mövzuda əsaslı səbəb göstərməyib. 
 
İzmir təmsilçisi futbolçunun mövsümün əvvəlində də komandaya 3 həftə gec qoşulduğunu xatırladıb. Poko müqaviləni kobud şəkildə pozduğu üçün klub onunla yollarını ayırıb.
 
Qeyd edək ki, Andre Poko 2018-ci ildən "Göztəpə"də çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest