“Oyunun böyük hissəsinə nəzarət etdik. “Sivasspor”un əks-hücum həmlələri təhlükəli oldu. Biz daha gözəl qollar vurduq, amma uduzduq. Halbuki matçın böyük hissəsində üstün tərəf idik. Bundan dərs alacağıq”

“Qarabağ”ın yarımmüdafiəçisi Uroş Matiç Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Türkiyənin “Sivasspor” klubuna qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, serb futbolçu 2:3 hesabıyla uduzduqları matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
 
“Oyunun böyük hissəsinə nəzarət etdik. “Sivasspor”un əks-hücum həmlələri təhlükəli oldu. Biz daha gözəl qollar vurduq, amma uduzduq. Halbuki matçın böyük hissəsində üstün tərəf idik. Bundan dərs alacağıq”.
 
Uroş qardaşı Nemanya Matiçin “Mançester Yunayted”in heyətində “Başakşəhər”ə rəqib olması ilə bağlı sualı da cavablandırıb: “İlk oyunda “Başakşəhər yaxşı idi. “Mançester Yunayted”i hər gün məğlub edə bilməzsən. Komandaların ikinci duelində səviyyə fərqi ortaya çıxdı. Bu, nəticədə də öz əksini tapdı. Qardaşım 10 ildir Premyer Liqada çıxış edir, dünyanın ən yaxşı orta sahə oyunçularından biridir”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest