"Hər şey özümüzdən asılıdır. Gələn həftə "Qarabağ"ı məğlub etməyə çalışacağıq. "Vilyarreal"ın isə "Sivasspor"a məğlub olmaması bizə yetərlidir. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik"

"Çox yaxşı oynadıq. "Vilyarreal"ın keyfiyyətini digər komandalarla müqayisə etmək mümkün deyil. Yalnız özümüzü və qarşıdakı matçları düşünməliyik". Matc.az xəbər verir ki, bu fikirləri İsrailin "Makkabi" (Təl-Əviv) komandasının baş məşqçisi Yorqos Donis Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə İspaniya "Vilyarreal"ı ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.
 
51 yaşlı mütəxəssis V turda səfərdə "Qarabağ"a qarşı keçirəcəkləri oyundan da danışıb: "Hər şey özümüzdən asılıdır. Gələn həftə "Qarabağ"ı məğlub etməyə çalışacağıq. "Vilyarreal"ın isə "Sivasspor"a məğlub olmaması bizə yetərlidir. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik".
 
Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” martçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest