"Araz"ın heyətində 3 qapıçı, 7 müdafiəçi və 10 hücumçuya yer verilib.

Futzal üzrə Azərbaycan çempionu "Araz" çempionlar Liqasının ilkin mərhələsində Yunanıstan AEK-i ilə oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
 
Matc.az xəbər verir ki, siyahıda 20 oyunçunun adı yer alıb.
 
"Araz"ın heyətində 3 qapıçı, 7 müdafiəçi və 10 hücumçuya yer verilib.
 
Qapıçılar: 1. Həmid Rəşidi, 12. Rövşən Hüseynli, 21. Emin Kürdov;
 
Müdafiəçilər: 2. Oktay Rüstəmli, 5. Nihad İsmayılov, 6. Oruc Baxşəlizadə, 8. Rizvan Fərzəliyev, 13. Əmir Şojaei, 14. Murilo Borqes Souza, 15. Abdulrahman Sarani;
 
Hücumçular: 3. Kənan Manafov, 4. Namiq Məmmədkərimov, 7. Ramiz çovdarov, 9. Tofiq Mikayılov, 10. Fineo, 11. Xətai Bağırov, 17. İsa Atayev, 18. Samir Həmzəyev, 19. Nurlan Mehdizadə, 20. Hadı Əhmədi.
 
Baş məşqçi: Alesio Da Silva.
 
Qeyd edək ki, noyabrın 28-də keçiriləcək AEK - "Araz" qarşılaşması Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Cütün qalibi 1 oyunla müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest