Futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci turun daha 3 oyunu üçün bütün təyinatlar açıqlanıb.
 
Matc.az xəbər verir ki, noyabrın 29-da keçiriləcək "Keşlə" - "Sabah" matçı İnqilab Məmmədova, "Səbail" - "Qarabağ" görüşü Elçin Məsiyevə həvalə olunub.
 
Noyabrın 30-dakı "Sumqayıt" - "Qəbələ" qarşılaşmasını isə Rəhim Həsənov idarə edəcək.
 
Azərbaycan Premyer Liqası
11-ci tur
29 noyabr
 
14:00. "Keşlə" – "Sabah"
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Rəşad Əhmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. "ASK Arena".
 
16:00. "Səbail" – "Qarabağ"
Hakimlər: Elçin Məsiyev, Qəzənfər Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev.
Hakim-inspektor: ömər Paşayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. "ASCO Arena".
 
30 noyabr
 
16:00. "Sumqayıt" – "Qəbələ"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Sumqayıt. "Kapital Bank Arena".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest