Futbol üzrə Rusiya Premyer Liqasında 16-cı turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki" də növəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Krasnodar"la qarşılaşıb. Əliyevin komandası bu görüşdən qələbə ilə ayrılıb - 1:0.
 
Kamran bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə bir qol vurmuş Əliyev bu dəfə sonadək ehtiyatda qalıb.
 
16 turdan sonra 18 xalı olan "Ximki" 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest