Azərbaycanda voleybolun daha da inkişaf etdirilməsi istiqamətində işlərə tezliklə start veriləcək.
 
Matc.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
 
Bununla bağlı qurumun prezidenti Cavid Qurbanov tapşırıq verib. O, voleybolun daha da populyarlaşdırılması üçün xüsusi layihələr hazırlanmasının vacibliyini vurğulayıb. Qarabağın işğaldan azad edilmiş ərazilərində kütləviliyə xüsusi diqqət yetiriləcək.
 
Qeyd edək ki, hazırda Azərbaycanda COVID-19 səbəbindən karantin elan edildiyi üçün voleybol yarışları və məşqlər keçirilmir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest