Futbol üzrə İspaniya 2-ci liqasında 15-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Tenerife” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
 
İsrafilov da bu oyunun iştirakçısı olub. O, 71-ci dəqiqədə meydana buraxılıb.
 
“Albasete” 15 oyuna topladığı 10 xalla 22 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest