İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinə start verilib. Matç.az saytının məlumatına görə, dünən iki oyun baş tutub.

"Lester"in qonağı olan "Mançester Siti" rəqibin müqavimətini qıra bilmədiyindən, qalib penaltilər seriyası ilə müəyyənləşib. Bu seriyada rəqibin iki penalti zərbəsini dəf edən "şəhərlilər"in kosovolu qapıçısı Ariyanet Muriç komandasını yarımfinala daşıyıb.

Digər yarımfinalçı "Midlsbro"ya minimal hesabla qalib gələn "Barton" olub.

1/4 final mərhələsinin digər oyunları bu gün keçiriləcək. "Arsenal" "Tottenhem"lə, "çelsi" isə "Bornmut"la qarşılaşacaq.

 

İngiltərə Liqa Kuboku

1/4 final mərhələsi

"Lester" - "Mançester Siti" - 1:1

Olbrayton, 73 - De Bruyne, 14

Penaltilərlə - 1:3

"Midlsbro" - "Barton" - 0:1

Hesket, 48

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest