"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, əyalət təmsilçisinin çalışdırıcısı 1:0 hesabıyla qələbə qazandıqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
- Müəyyən səbəblərə görə oyuna ciddi itkilərlə çıxdıq. çətin olacağını bilirdik. Komandaya bildirmişdik ki, gənclərə inanırıq, onlara şans verəcəyik. Komanda şəklində çox məzmunlu və yaxşı oyun nümayiş etdirib, qələbə qazandıq.
 
- Komanda orta hesabla 7-8 real qol epizodunu boşa verir. Ələ düşən imkanları dəyərləndirə bilmirsiz. Bu problemi necə aradan qaldırmağı düşünürsüz?
- Bunun üzərində çalışırıq. Belə imkanları yaratmaq güc tələb edir. Mən istədiyim komandanı meydanda görürəm. Komandaya bir iradım yoxdur, getdikcə daha da diqqətli olub, əlimizə düşən imkanları dəyərləndirəcəyik.
 
- Rüfət Əhmədovun oyununu necə qiymətləndirirsiz?
- Rüfət U-21 millisinin də üzvüdür. Akademiyamızın yetirməsidir, biz ona inanıb bura gətirmişik. Rüfət gələcəkdə əsas milliyə qədər yüksələ bilər, onda bu potensial var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest