Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Matc.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
 
"Keşlə" – "Sabah" oyununda "Keşlə"nin futbolçusu İlkin Qırtımov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanıb, klubuu 3200 manat cərimə olunub. "Keşlə"nin digər futbolçusu Con Kamara qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
 
"Sumqayıt" – "Qəbələ" oyununda "Sumqayıt"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. "Qəbələ"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest