Futbol üzrə İspaniya 2-ci liqasında 16-cı turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Xixon"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
İsrafilov da bu oyunun iştirakçısı olub. O, 78-ci dəqiqədə meydana buraxılıb.
 
"Albasete" 16 oyuna topladığı 11 xalla 22 iştirakçı arasında 21-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest