2021-ci il klublararası dünya çempionatının nə vaxt və hansı ölkədə keçiriləcəyinə aydınlıq gəlib.
 
Matc.az xəbər verir ki, sözügedən turnir gələn il Yaponiyada keçiriləcək.
 
Bu barədə FİFA prezidenti Canni İnfantino açıqlama verib. O, turnirin 2021-ci ilin dekabrında ənənəvi formatda - 7 komandanın iştirakı ilə keçiriləcəyini bəyan edib. Ali futbol qurumu bu turnirin 24 klubun iştirakı ilə çində keçirilməsini planlaşdırsa da, koronavirus pandemiyası səbəbindən təqvimdə yaranan sıxlığı nəzərə alaraq, bu istəyini gerçəkləşdirməyi gələcək illərə saxlayıb.
 
Qeyd edək ki, 2020-ci ilin klublararası dünya çempionatı bu ilin dekabrında Qətərdə keçirilməli idi. Lakin bu turnir koronavirus pandemiyası səbəbindən gələn ilin fevralına təxirə salınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest