"Qızıl top" mənim xəyalımdı. Bu mükafat ən yaxşılara təqdim edilir. Başqalarına nümunə göstərmək çox yaxşı olardı. Biz dünya çempionu olduq. Komandamız dünyanın ən yaxşısı idi. Dünyanın ən yaxşı futbolçusu dünyanın ən yaxşı komandasında olmalı deyilmi?"

"Atletiko"nun hücumçusu Antuan Qrizmann hesab edir ki, "Qızıl top" mükafatının bu ilki qalibi fransalı futbolçu olmalıdı. Matç.az xəbər verir ki, o, buna Fransa yığmasının yayda Rusiyada keçirilmiş son dünya çempionatının qalibi olması ilə əlaqələndirib.

"Qızıl top" mənim xəyalımdı. Bu mükafat ən yaxşılara təqdim edilir. Başqalarına nümunə göstərmək çox yaxşı olardı. Biz dünya çempionu olduq. Komandamız dünyanın ən yaxşısı idi. Dünyanın ən yaxşı futbolçusu dünyanın ən yaxşı komandasında olmalı deyilmi? Şəxsi fikrimdir. Fərqli fikirlər səslənir. Hesab edirəm ki, "Qızıl top" fransalı futbolçuya qismət olmalıdı", deyə Qrizman bildirib.   

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest