Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun bütün oyunları bir dəqiqəlik sükutla başlayacaq.
 
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
 
Avropa Liqasının oyunları bu gün vəfat edən italiyalı keçmiş futbolçu Paolo Rossinin xatirəsinin anılması üçün 1 dəqiqəlik sükutla başlayacaq.
 
64 yaşında vəfat edən Rossi, İtaliya yığması ilə DÇ-1982-nin qalibi olub və həmin ildə “qızıl top”u qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest