Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci turun oyunları keçirilib.

Matc.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.

Peşəkar Futbol Liqası (PFL) tərəfindən "YAŞAT turu" adlandırılan turun açılış matçında son illərin dəyişməz çempionu "Qarabağ" səfərdə "Qəbələ" ilə qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib.

Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan "Zirə" Ayxan Abbasovun başçılıq etdiyi "Sumqayıt"ı qəbul edib. Dörd qolun qeydə alındığı bu oyun da bərabərliklə bitib. "Səbail" isə "Keşlə"nin qonağı olub və inamlı qələbəyə sevinib.

Günün və turun son matçında "Neftçi" səfərdə "Sabah"la üz-üzə gəlib. "Neftçi" də səfərdə inamlı qələbə qazanmaqla liderliyi ələ keçirib.

Azərbaycan Premyer Liqası
12-ci tur

20 dekabr

Qəbələ – Qarabağ 1:1
Qol: R.Utriq, 83 – F.Ozobiç, 51.
Matçın 16-cı dəqiqəsində U.Matiç penaltidən yararlana bilməyib (qapıçı).
Qırmızı vərəqə: R.Muradov, 69 (ikinci sarı).
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, İnqilab Məmmədov.
Qəbələ şəhər stadionu, 15:00.

Qəbələ: 1. Anar Nəzirov (k), 2. Vinko Medimoreç, 10. Rövlan Muradov, 13. Yurgen Qoxa, 14. Cavid Hüseynov, 23. Rafael Utriq, 26. Stefan Vukçeviç, 32. Nikolas Raysel, 55. İdris İnqilablı, 71. Rüfət Əhmədov, 77. Merab Giqauri.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 4. Sadiq Quliyev, 6. Kamal Mirzəyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 11. Asif Məmmədov, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 28. Murad Musayev, 70. ülvi İsgəndərov, 74. Yusif Nəbiyev, 99. Ceyms Adeniyi.
Baş məşqçi: Elmar Baxşıyev.
Qarabağ: 12. Emil Balayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 10. Abdullah Zubir, 11. Mahir Emreli, 19. Filip Ozobiç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 21. Rauf Hüseynli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 77. Donald Gerye.
Baş məşqçi: Qurban Qurbanov.

Keşlə – Səbail 0:2
Qol: ü.Abbasov, 11. Ə.İsmayılov, 17.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəhim Həsənov.
Bakı. "ASK Arena", 16:00.

Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 4. Şəhriyar Əliyev, 7. Rəhman Hacıyev, 10. Sezar Meza Kolli, 11. Silvio Rodriqes, 17. Vüsal İsgəndərli, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 48. Dmitro Klots, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 6. Rəşad Sadiqov, 8. Tural Axundov, 20. Rail Məlikov, 27. Əkpər Vəliyev, 39. Elnur Süleymanov, 87. Tunar Mütəllimov, 97. Xəzər Mahmudov.
Məşqçi: Zaur İsmayılov.
Səbail: 96. Nikolas Hagen, 3. Turan Manafov, 8. Bəxtiyar Rəhmani, 9. Florian Kadriu, 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 16. Peyman Keşavarzi, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 34. ürfan Abbasov, 55. Adil Nağıyev.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 5. Vüqar Bəybalayev, 7. Mirsahib Abbasov, 17. Elçin Rəhimli, 20. Ruslan Hacıyev, 26. Kamal Qurbanov, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 77. Ədilxan Qarəhmədov, 99. Bahadur Həziyev.
Məşqçi: Vüqar Məmməd.

Zirə – Sumqayıt 2:2
Qol: A.Ramazanov, 56. Q.Alıyev, 62 – M.Xaçayev, 11. R.Sadıxov, 57.
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı.
Zirə İdman Kompleksinin stadionu, 16:00.

Zirə: 1. Mateus Albino, 2. Sərtan Taşkın, 7. Tural Bayramlı, 8. İlkin Muradov, 9. Davit Volkov, 10. Ağabala Ramazanov (k), 11. Klesio Bauk, 12. Lazar Corceviç, 30. Riçard Almeyda, 32. Qismət Alıyev, 4. Dmitrios çantakias.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 3. Ali Sisey, 5. Kərim Diniyev, 6. Ayxan Süleymanlı, 13. Şəhriyar Rəhimov, 20. Əli Şirinov, 21. Hacıağa Hacılı, 27. Tamerlan Burcəliyev, 62. Abdulla Seyidəhmədov, 77. Cəlal Hüseynov, 91. Ruslan Qurbanov.
Baş məşqçi: Rəşad Sadıqov.
Sumqayıt: 13. Aydın Bayramov, 4. Kərəm Sultanov, 5. Camaləddin Xocaniyazov, 6. Vüqar Mustafayev, 7. Tellur Mütəllimov, 10. Rəhim Sadıxov, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 21. Adəm Həmati, 60. Elvin Məmmədov (k), 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 8. Səbuhi Abdullazadə, 9. Əli Qurbani, 20. Rüfət Abdullazadə, 29. Sərvin İsmayılov, 37. Nicat Əliyev.
Baş məşqçi: Ayxan Abbasov.

Sabah – Neftçi 0:2
Qol: N.Ələsgərov, 45+4-pen; 66.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Elşad Abdullayev, Elçin Məsiyev.
Masazır. "Bank Respublika Arena", 17:15.

Sabah: 12. Alvaro Villete, 2. Amin Seydiyev, 6. Şakir Seyidov, 7. Coşqun Diniyev (k), 11. Ozan Can Kökcü, 13. Filip İvanoviç, 14. Slavik Alxasov, 18. Xulio Sezar Rodriqes, 30. Mario Marina, 46. Aleksey İsayev, 77. Veysəl Rzayev.
Ehtiyat oyunçular: 98. Yusif İmanov, 8. Elşən Abdullayev, 10. Yevgeni Koçuk, 20. Elçin Mustafayev, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 29. Ceyhun Nuriyev, 90. Ramil Şeydayev.
Baş məşqçi: Visente Qomes.
Neftçi: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 24. Yusuf Laval, 26. ömər Buludov, 36. Mamadu Kane, 91. Tallison Dias.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 10. Saman Nərimancahan, 12. Kamran İbrahimov, 13. Prins İbara, 19. Fəhmin Muradbəyli, 20. Mert çelik, 29. Sabir Buqrin, 27. Fərid Yusifli, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Samir Abasov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest