Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyasında (CONCACAF) çempionlar Liqasının qalibi bəlli olub.
 
Matc.az xəbər verir ki, finalda Meksika təmsilçisi "Tiqres" ABŞ-ın "Los Anceles" komandası ilə üz-üzə gəlib.
 
Qarşılaşma "Tiqres"in 2:1 hesablı qələbəsi ilə bitib. Bununla da sözügedən komanda tarixində ilk dəfə çL-in qalibi olub.
 
Xatırladaq ki, "Tiqres" 2016, 2017 və 2019-cu illərdə də CONCACAF çempionlar Liqasının finalında oynayıb. Lakin həmin oyunlar Meksika təmsilçisinin məğlubiyyəti ilə bitib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest