"Bu, yalnız komandamıza xeyirli ola bilər. Klubumuzun uğurunu fikirləşməliyik. Nə qədər oynasam belə, komandama xeyir vermək istəyirəm. Legionerlərin də gəlişi bizim üçün yaxşıdı".

"Rəqib evdə çox yaxşı oynayan komandadı. Bizi çətin görüşün gözlədiyini bilirdik. İlk yarıda 0:1 hesabı ilə geri düşməyimizə baxmayaraq, motivasiyamızı itirmədik və fasilədən sonra qol vurmağı bacardıq. Turun keçən tərəf olduğumuz üçün şadıq".

Matç.az saytının məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Araz Abdullayev səfərdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşündən sonra jurnalistlərə açıqlamasında deyib. Hücumameylli yarımmüdafiəçi daha sonra sualları cavablandırıb...

- Ot örtüyü öz sözünü deyirdi?

- Elə deməzdim. Əksinə, ilk qolu biz vurmaq istəyirdik ki, ikinci hissədə daha rahat oynayaq. Lakin bu, futboldu. İlk qolu biz buraxsaq da, ikinci hissədə lazımi topu vura bildik.

- Yarımfinalda rəqibiniz "Qəbələ" olacaq. Buna erkən final demək olar?

- Buna erkən final deməzdim. Kubok oyunlarında komandalar fərqli çıxış edirlər. "Keşlə" ilə oyunumuz çox ağır alındı. Yarımfinalda hər bir komanda var gücünü qoyacaq ki, finala yüksəlsin. Çalışacağıq finala adlayan tərəf biz olaq.

- Reynaldoya qarşı "Neftçi"də ikən çox oynamısınız. O, "Qarabağ"a xeyir verə biləcəkmi? Dani Kintananın da sağalmasından sonra heyətə düşməyinizin çətinləşəcəyini fikirləşmisiniz?

- Bu, yalnız komandamıza xeyirli ola bilər. Klubumuzun uğurunu fikirləşməliyik. Nə qədər oynasam belə, komandama xeyir vermək istəyirəm. Legionerlərin də gəlişi bizim üçün yaxşıdı. Çünki onlar "Qarabağ"a faydalı olacaqlar.

- O, əvvəlki səviyyədə çıxış edə biləcək?

- Onu zaman göstərəcək. Daha yaxşı oynayaraq qollarını sıralamasını istərdik ki, komandaya xeyir versin.

- Qış fasiləsindən sonra "Neftçi"ni keçərək liderliyə yüksəlməyiniz nə dərəcədə realdı?

- Bütün oyunlarda yaxşı oyun və motivasiya ilə 3 xal qazanmaq istəyirik. Hamı bizdən bunu gözləyir və biz də hər oyunda qələbə əldə etməyə çalışırıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest