"Real"ın yarımmüdafiəçisi Luka Modriç yeni ildən İtaliyaya köçə bilər. Matç.az saytının "Marca"ya istinadən məlumatına görə, "İnter" Xorvatiya yığmasının üzvündən əl çəkmir.

Yayda onu heyətinə qata bilməyən "neradzurra" keçidi qış fasiləsində reallaşdırmaq niyyətindədi. Bununla bağlı danışıqları milanlıların yeni baş meneceri Beppe Marotta aparır. A seriyası təmsilçisi 33 yaşlı orta sahə oyunçusuna 4 illik müqavilə təklif edib. Modriç "hə" deyəcəyi təqdirdə, yeni komandasında illik məvacibi 10 milyon avro təşkil edəcək.

Qeyd edək ki, bu mövsüm "Real"ın heyətində 21 oyun keçirən Luka Modriçin aktivində 3 məhsuldar ötürmə var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest