"İşlər istədikləri kimi getməyəndə isə uşaq kimi davranırlar – əsəbiləşir və günahı özlərindən başqa hər kəsin üzərinə atırlar"
“Mançester Yunayted”in əfsanəvi futbolçularından olmuş Ueyn Runi Çempionlar Liqasının liqa mərhələsinin III turunda komandanın “Komo”ya 1:4 hesabı ilə darmadağın olmasından sonra futbolçuları sərt şəkildə tənqid edib. Matc.az Goal nəşrinə istinadən xəbər verir ki, təcrübəli keçmiş futbolçu komandada məsuliyyətsizlik və eqoizmin hökm sürdüyünü vurğulayıb:
“Brunonun dediklərinin düzgün və ya yanlış olması barədə mübahisə etmək olar, lakin futbolçular meydanda məsuliyyəti öz üzərlərinə götürməlidirlər. Bu oyunçular eqoistdirlər; onların komanda yoldaşları, baş məşqçi, məşqçilər heyəti və ya azarkeşlər heç vecinə də deyil. Onlar yalnız öz maraqlarını düşünürlər. İşlər istədikləri kimi getməyəndə isə uşaq kimi davranırlar – əsəbiləşir və günahı özlərindən başqa hər kəsin üzərinə atırlar”








_1558556132.jpg)



