23 Oktyabr 2026, 10:13
FUTBOL
“Mançester Yunayted”in idman direktoru Ceyson Uilkoks Maykl Kerrik vəzifəsindən ayrılacağı təqdirdə, Eddi Haunun komandanın baş məşqçisi təyin olunmasını dəstəkləyir. Matc.az ingilis mediasına istinadən xəbər verir ki, Uilkoksun Hauya üstünlük verməsinin əsas səbəbi mütəxəssisin Premyer Liqada qazandığı təcrübədi.
Qeyd olunur ki, klubun ortaq sahibləri Cim Retkliff və Qleyzer ailəsi baş məşqçi seçimi zamanı idman direktorunun mövqeyinə transferlər üzrə direktor Kristofer Vivellin fikrindən daha çox önəm verə bilərlər. Vivellin isə “Mançester Yunayted”in sükanı arxasına Yulian Nagelsmanın gətirilməsini dəstəklədiyi bildirilir.
Eddi Hau 2021–2026-cı illərdə “Nyukasl”a rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 2024/25 mövsümündə İngiltərə Liqa Kubokunun qalibi olub.


_1694187064.png)



_1558556132.jpg)






