Futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci turdan təxirə salınmış “Qarabağ” – “Səbail” oyununun başlanma saatı və keçiriləcəyi yer müəyyənləşib.
 
Matc.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, görüş yanvarın 28-də, “Azərsun Arena”da keçiriləcək.
 
Saat 16:00-da start götürəcək qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
 
Azərbaycan Premyer Liqası
5-ci turdan təxirə salınmış oyun
28 yanvar
 
16:00. Qarabağ – Səbail
Bakı. “Azərsun Arena”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest