Qeydiyyar mərhələsi yanvarın 15-i saat 23:59-da başa çatacaq. Koronavirus pandemiyasına görə təxirə salınmış AÇ-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.

Bakı keçiriləcək futbol üzrə Avropa çempionatı üçün Könüllülər Proqramının qeydiyyat mərhələsi davam edir.
 
Matc.az xəbər verir ki, yaşı 18-ə çatmış və daha öncə Aç-2020 üçün qeydiyyat müraciəti etməmiş şəxslər qeydiyyatdan keçə bilərlər.
 
Qeydiyyat https://euro2020.affa.az/az/volunteers/ linki vasitəsilə aparılır.
 
Qeyd edək ki, qeydiyyar mərhələsi yanvarın 15-i saat 23:59-da başa çatacaq. Koronavirus pandemiyasına görə təxirə salınmış Aç-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq.
 
Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest