“Sabah”ın iki futbolçusu Azərbaycan Premyer Liqasının 14-cü turunda "Qarabağ"la matçı buraxacaq.
 
Matc.az xəbər verir ki, zədəsini sağaldan müdafiəçi Bəhlul Mustafazadə və qapıçı Saşa Stamenkoviç ilin ilk rəsmi matçında meydana çıxmayacaq.
 
Bu barədə klubdan “Report”a məlumat verilib. Hər iki futbolçu hazırda fərdi məşqlər edir və onların yanvarın sonunda kollektivə qoşulacaqları qeyd olunub.
 
Qeyd edək ki, yanvarın 21-də keçiriləcək "Sabah" - "Qarabağ" matçı saat 18:00-da başlayacaq. Bəhlul Mustafazadə ilin sonlarında qasıq nahiyyəsindəki ikitərəfli yırtıqdan əməliyyat olunub. Saşa Stamenkoviç isə çiynindən zədə almışdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest