Fransanın "Olimpik" (Marsel) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi İtaliyanın "Fiorentina" klubundan Pol Lirolanı heyətinə qatıb.
 
Bu barədə Marsel təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 23 yaşlı ispan müdafiəçi mövsümün sonuna qədər icarə əsasında Fransa klubunda çıxış edəcək.
 
"Olimpik" yayda 12 milyon avro ödəyərək, Lirolanın transfer hüquqlarını ala bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest