Futbol üzrə Azərbaycan çempionatlarında ən çox oyun keçirən qapıçı Fərhad Vəliyevdir.
 
Matc.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qolkiper 282 matça çıxıb.
 
İkinci yerdə Rauf Mehdiyevdir. O, rekorddan 11 oyun geridədir. İlk “üçlüy”ü Cahangir Həsənzadə tamamlayır.
 
Karyerasını davam etdirən futbolçular arasında ən yüksək göstərici Anar Nəzirova məxsusdur. 4-cü sırada qərarlaşan qapıçının rekorda 32 oyunu qalıb. Ən çox görüşə çıxan legioner qapıçı Saşa Stamenkoviç ümumi siyahıda 17-cidir. Ondan iki pillə geri qalan Kamal Bayramov da karyerasını Premyer Liqada davam etdirənlərdəndir. Kamran Ağayevlə Səlahət Ağayev “Top-20”də yer alsa da, cari mövsümdə iştirak etməyib.
 
Ən çox oyun keçirən 20 qapıçı:
 
1. Fərhad Vəliyev - 282
 
2. Rauf Mehdiyev - 271
 
3. Cahangir Həsənzadə - 268
 
4. Anar Nəzirov - 250
 
5. Nizami Sadıqov - 247
 
6. Kamran Ağayev - 229
 
7. Hüseyn Məhəmmədov - 227
 
8. Nadir Şükürov - 219
 
9. Elxan Həsənov - 203
 
10. Elşən Poladov - 200
 
11. Faiq Əzizov - 196
 
12. Səlahət Ağayev - 192
 
13. Camaləddin Əliyev - 173
 
14. Vitali Kovalyov - 173
 
15. Davud Kərimi - 162
 
16. Rauf Salamov - 156
 
17. Saşa Stamenkoviç - 150
 
18. Vladimir Kopeykin - 149
 
19. Kamal Bayramov - 146
 
20. Rövşən Əliyev - 138
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest